EN

Braziliya Prezidenti: “Planetimizə müharibə yox, sülh lazımdır

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Lula da Silva dünya ictimaiyyətini ABŞ-ın digər ölkələr üzərində dominantlığının qarşısını almağa çağırıb

Braziliya Prezidenti Luis İnasio Lula da Silva beynəlxalq ictimaiyyəti Amerika administrasiyasının digər qitələrə və dövlətlərə nəzarət etmək hüququna malik olduğuna inanmasına imkan verməməyə çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Braziliya lideri hökumətin “YouTube” kanalında yayımlanan ictimai çıxışında bildirib.

"Biz heç kimin dünyaya sahib olduğunu düşünüb Qrenlandiyanı, Panama kanalını, Kubanı və ya Venesuelanı ələ keçirmək barədə danışmasına imkan verə bilmərik. Bu mümkün deyil. Planetimizə müharibə yox, sülh lazımdır", - deyə Prezident qeyd edib.

Dövlət başçısının sözlərinə görə, dünyanın aparıcı ölkələri "xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət etməyi öyrənməlidirlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
59
1
ayna.az

5Sources