EN

Nazir müavini təyin olunan Rəşad Həsənov kimdir? DOSYE

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Bununla da rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı altı nəfərə çatıb.

Oxu.Az Rəşad Həsənovun dosyesini təqdim edir.

Rəşad Müsəllim oğlu Həsənov 1987-ci ildə Şəmkir rayonunda anadan olub.

2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-10-cu illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarəedilməsi ixtisası üzrə magistr, 2012-16-cı illərdə isə Avstraliyanın Deakin Universitetində doktorantura təhsili alıb, "iqtisadiyyat üzrə fəlsəfə doktoru" elmi dərəcəsi əldə edib.

2010-12-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı vəzifəsində çalışıb.

2012-18-ci illərdə Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı vəzifələrini tutub.

2018-21-ci illərdə ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim vəzifəsində işləyib.

2018-20-ci illərdə Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı vəzifələrində fəaliyyət göstərib.

2020-21-ci illərdə BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı vəzifəsində çalışıb.

2021-26-ci illərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində işləyib.

Rus və ingilis dillərini bilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
90
15
oxu.az

10Sources