EN

NATO qoşunlarını İraqdan çıxarır

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda öz kontingentini İraqdan müvəqqəti çıxarır.

"Unikal" AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın güc strukturlarının iki nümayəndəsi bildirib.

"İraq hökuməti ilə heç bir fikir ayrılığı yoxdur. Bu, qoşunların müvəqqəti çıxarılmasıdır. Onlar yaranmış vəziyyətdən narahatdırlar", - nümayəndələrdən biri qeyd edib.

Digər mənbə qeyd edib ki, NATO missiyası az sayda hərbçi istisna olmaqla İraqı tamamilə tərk edib.

Öz növbəsində, NATO nümayəndəsi isə bəyan edib ki, alyans İraqdakı missiyasına "dəyişiklik"lər edir.

Missiyanın qərargahı Bağdadın "yaşıl zona"sındakı hərbi bazada, müharibənin başlanğıcından bəri dəfələrlə atəşə tutulan ABŞ səfirliyinin yaxınlığında yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
108
7
unikal.az

8Sources