Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ–İsrail–İran müharibəsini son illərin ən ciddi böhranı adlandırıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyə lideri ölkəsini bu müharibədən kənarda saxlamağa çalışdığını və diplomatik təmasları davam etdirdiyinu vurğulayıb:
“Ətrafımızda raketlər uçuşur, sərhədlərin o tayında müharibə davam edir, regionda son illərin ən ciddi böhranı yaşanır. Bizim gündəmimizdə ölkəmizi ətrafımızı bürüyən od halqasından uzaq tutmaq var. Diplomatik təmaslarla regionumuzdakı müharibələri bitirmək üçün çıxış axtarırıq”-deyə o qeyd edib.