EN

Lukaşenkodan ABŞ-yə açıq mesaj: “3 milyarddan aşağı satmaram”

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ ilə mümkün “böyük sövdələşmə”nin detallarıyla bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Lukaşenko ölkəsinin ABŞ-yə ən azı 3 milyard dollara mədən satmağa hazır olduğunu bildirib.

Onun sözlərinə görə, bu məbləğ minimum qiymətdir və real dəyər daha yüksək ola bilər.

“Hökumət ehtiyatları və digər göstəriciləri hesablayacaq, bu isə qiyməti daha da artıracaq”, – deyə Lukaşenko qeyd edib.

Belarus lideri ABŞ-ni tənqid edərək bildirib ki, “onlar zəngindir, amma hər şeyi mümkün qədər ucuz almaq istəyirlər”.

Lukaşenko həmçinin ABŞ prezidenti Donald Tramp onu Floridadakı Mar-a-Laqo iqamətgahına dəvət etdiyin açıqlayıb. Bu dəvətin ABŞ-la aparılan danışıqların üçüncü raundu zamanı verildiyi bildirilib.

Onun sözlərinə görə, tərəflər artıq “böyük sövdələşmə” çərçivəsində konkret razılaşmaları müzakirə mərhələsinə keçiblər. Lakin görüşün vaxtı və gündəliyi hələlik açıqlanmayıb.

Musavat.com

Chosen
74
musavat.com

1Sources