EN

15 və 17 yaşlı qardaşların öldüyü hadisənin TƏFƏRRÜATLARI

Neftçala rayonunda iki yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Far.Az bizim.media-ya istinadən xəbər verir ki, hadisə qardaşların mağazadan qayıdarkən, evlərinə təxminən 200 metr məsafə qalmış baş verib.

Qeyd edək ki, yeniyetmələrin valideynləri Bakıda yaşayırlar. Onlardan biri kənddə babasının yanında qalırmış. Ailə bayram münasibətilə kəndə gedibmiş. Ailənin elə iki övladı olub.

Faktla bağlı araşdırma aparılır.

***11:55

Neftçalada avtomobilin kanala aşması nəticəsində iki qardaş ölüb.

Far.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili qəfil idarəetmədən çıxıb, yolun kənarındakı kanala aşıb.

Qəza nəticəsində kənd sakinləri, 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
60
7
far.az

10Sources