EN

Gündə neçə stəkan çay içmək zərərsizdir Həkim açıqladı

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çay ürək və damar sağlamlığı üçün faydalı ola bilər, lakin onun təhlükəsiz normasını aşmamaq vacibdir.

BAKU.WS xəbər verir ki, bu barədə Gazeta.Ru-ya açıqlamasında rusiyalı tibb üzrə mütəxəssis, həkim-dietoloq Anastasiya Yefimova məlumat verib.

Onun sözlərinə görə, qara və yaşıl çayın müntəzəm istifadəsi insult və ürək-damar xəstəliklərindən ölüm riskinin azalması ilə əlaqələndirilir. Böyük kohort tədqiqatlarının nəticələrinə əsasən, gündə 2–3 fincan yaşıl çay istehlakı insult riskini təxminən 10–15 faiz azalda bilər. Daha müntəzəm qəbul zamanı bu göstərici 20 faizə qədər yüksələ bilər. Bu məlumatlar Yaponiya və digər ölkələrdə aparılan müşahidələrlə də uyğunluq təşkil edir.

Dietoloq bildirib ki, sağlam böyüklər üçün gündə 3–5 fincan çay təhlükəsiz və rasional norma hesab olunur. Lakin fərdi kofein həssaslığı, yanaşı xəstəliklər (məsələn, təşviş pozuntuları, qastroezofageal reflüks xəstəliyi, anemiya) və çayın qəbul vaxtı nəzərə alınmalıdır. Xüsusilə yuxu pozuntusuna meyilli şəxslərə günün ikinci yarısında tünd çay içmək tövsiyə edilmir.

Mütəxəssis qeyd edib ki, bir fincan çayın tərkibində orta hesabla 30–50 mq kofein olur. Həddindən artıq çay qəbulu təşviş, taxikardiya və yuxu problemlərinə səbəb ola bilər.

Bundan əlavə, çayın tərkibindəki taninlər qeyri-hem dəmirin sorulmasını azalda bilər. Bu səbəbdən dəmirlə zəngin qidalarla çay qəbulu arasında ən azı 30–60 dəqiqə fasilə saxlamaq məsləhət görülür.

Həkim sonda vurğulayıb ki, çay orta miqdarda qəbul edildikdə zərərli deyil və hətta potensial fayda verə bilər, lakin həddindən artıq istehlak yan təsirlərə yol aça bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
52
1
baku.ws

2Sources