EN

Kafedə işləyən sevgilisinə 6 bıçaq vurdu - Təfərrüat

Kafedə işləyən sevgilisini qətlə yetirmək istəyən Rəhim Məhərrəmlinin cinayət işinin bəzi detalları məlum olub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Məhərrəmov Rəhim Hilal oğlu digər şəxsi qəsdən öldürməyə cəhd edib, yəni qəsdən həyatdan merhum etməyə cəhd edib. 

Belə ki, o, 28 avqust 2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu Zirə qsəbəsi, Yeni Sahədə yerləşən "Çinar" kafesində ofisiant işləyən Bağırova Rüxsanə Faxriddin qızı ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı Rəhim sevgilisinin təhqirlərindən və əl zərbələrinden hiddətlənərək, ondan qisas alıb qəsdən öldürmək qərarına gəlib. 

İttihama görə, Rəhim üzərində gəzdirdiyi bıçaqla Rüxsanə Bağırovaya qəflətən hücum edib, ardıcıl olaraq bədəninin müxtəlif nahiyələrinə qasdən zərbələr endirib. 

Təqsirləndirilən şəxs xanıma ümumilikdə 6 bıçaq zərbəsi vurub. O, əməlini davam etdirərkən həmin vaxt kafeyə daxil olan öz anası Yeganə Məhərrəmova ilə kafenin işçisi Rəna Səlimova dərhal hərəkətə keçərək ona mane olub.

Belə olan halda, xanım ofisiant vaxtında xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. 

Rəhim Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə araşdırılır.

Orxan Rasifoğlu

Chosen
60
1
unikal.az

10Sources