19 mart tarixində, Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congress nin dəstəyi Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı nın təşkilatçılığı ilə Mübarək Ramazan ayının son günündə 50-yə yaxın qazi və veteran üçün iftar süfrəsi və bayram sovqatları təşkil edilmişdir.
Bu mənalı tədbir çərçivəsində Vətənimizin müdafiəsi uğrunda böyük şücaət göstərmiş qəhrəmanlarımızla bir araya gəlinmiş, onlara diqqət və qayğı göstərilmişdir.
Tədbir zamanı Qazi və Veteranlarımızın həm Müqəddəs Ramazan bayramı , həm də qədim ənənələrimizi yaşadan Novruz bayramı münasibətilə ürəkdən təbrik olunmuş, onlara ən xoş arzular çatdırılmışdır.
İftar süfrəsindən sonra qonaqlara Ramazan sovqatları təqdim edilmiş, bu müqəddəs günlərin sevinc və bərəkətinin hər bir ailəyə çatması arzulanmışdır.
Bu cür tədbirlərin keçirilməsi milli-mənəvi dəyərlərimizin qorunması, həmrəyliyin gücləndirilməsi və qəhrəmanlarımızın hər zaman diqqət mərkəzində saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Allah tutulan orucları və edilən duaları qəbul etsin, xalqımıza sülh, əmin-amanlıq və firavanlıq bəxş etsin.
Bayramlarınız mübarək!