EN

Hüseyn Məmmədoğludan bayram günü süpürgəçilərə JEST

Milli.az saytına istinadən ain.az xəbər verir.

Klarnet ifaçısı Hüseyn Məmmədoğlu bayramın ilk günü süpürgəçilərə etdiyi jest ilə gündəmə gəlib.

Milli.Az bildirir ki, tanınmış ifaçı bayram gününün ilk saatlarında, səhər saat 05:00-06:00 radələrində küçələrdə çalışan süpürgəçi insanlara bayram payı təqdim edib.

Şəhərin hələ tam oyanmadığı bir vaxtda zəhmətkeş insanlara yaxınlaşan sənətçi onların hər birinə bayram sovqatı verib.

İfaçının bu addımı sosial şəbəkələrdə istifadəçilər tərəfindən humanist və nümunəvi jest kimi qiymətləndirilib, digər insanları da belə xeyirxah təşəbbüslərə qoşulmağa çağırış ediblər. /Musavat.com

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
2
news.milli.az

3Sources