EN

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Müsəllim oğlu Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Bizim.Media Rəşad Həsənovun dosyesini təqdim edir:

Rəşad Müsəllim oğlu Həsənov 1987-ci ildə anadan olub.

Təhsil

2004 – 2008: Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.

2009 – 2010: Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

2012 – 2016: Avstraliyanın Deakin Universitetində doktorantura təhsili almış, iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

Karyera

2010 – 2012: Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı vəzifəsində çalışıb.

2012 – 2018: Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləyib.

2018 – 2021: ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim vəzifəsində çalışıb.

2018 – 2020: Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı vəzifələrində işləyib.

2020 – 2021: BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı vəzifəsində çalışıb.

2021 – 2026: Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində işləyib.

Rəşad Həsənov ingilis və rus dillərini bilir.

Bizim.Media

Chosen
64
15
bizim.media

10Sources