Bakı. Trend:
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Xorvatiyaya40,8 milyon ABŞ dolları dəyərində 86,2 min ton xam neft və bitumlusüxurlardan əldə edilən neft məhsulları ixrac edilib.
Trend-in DövlətGömrük Komitəsinə istinadən məlumatına görə, 2025-ci ilin eynidövrü ilə müqayisədə göstərici dəyər baxımından 147,4 milyon ABŞdolları və ya 78,3%, miqdar baxımından isə 252,8 min ton və ya74,6% azalıb.
Beləliklə, ötən ilin yanvar-fevral aylarında AzərbaycandanXorvatiyaya 188,2 milyon ABŞ dolları dəyərində 339 min ton neft vəneft məhsulları ixrac edilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatlarıaparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyarddollar və ya 29,6% azdır.
Ümumi xarici ticarət həcminin 3,665 milyard dolları ixracın,2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyon dollar və ya37,2% azalıb.
Bu, ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.