"Əsl Vəd-4" əməliyyatının 67-ci mərhələsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki ABŞ bazalarına, radar stansiyalarına və hərbi infrastruktura hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın mətbuat xidmətinə istinadən xəbər yayıb.
Bildirilib ki, 67-ci dalğa zamanı ortamənzilli ballistik raketlərdən, dronlardan istifadə edilib.
"ABŞ-nin Küveytdə yerləşən "Əli Salem" aviabazası, pilotsuz təyyarələr və kosmik qüvvələr üçün komandanlıq mərkəzi, təyyarələrin texniki xidmət anqarları, avadanlıq və helikopter dəstək anbarları, eləcə də hava hücumundan müdafiə erkən xəbərdarlıq radarlarına zərbələr endirilib", - deyə məlumatda qeyd olunub.