EN

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İlk baxışda bunu sadəcə struktur dəyişikliyi kimi təqdim etmək olar. Amma mahiyyət daha dərindir. Burada söhbət hansısa qurumun adının dəyişməsindən və ya iki təşkilatın mexaniki birləşdirilməsindən getmir. Söhbət səhiyyə idarəçiliyində yeni məntiqin qurulmasından gedir.

Axar.az xəbər verir ki, bunu dövlət-özəl səhiyyə idarəetməsi üzrə mütəxəssis, "Alyans" klinikasının direktoru, tanınmış həkim Fərid Eyvazov Bakupost.az-a müsahibəsində ötən gün Prezidentin fərmanı ilə yaradılan Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) publik hüquqi şəxs haqda danışarkən deyib.

O bildirib ki, 19 mart 2026-cı il tarixli fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri, müəyyən istisnalar nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub:

"Eyni zamanda həmin qurum Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə birləşdirilərək Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb. Dərman və tibbi vasitələrlə təminat TƏBİB-ə, reabilitasiya xidmətləri və müvafiq müəssisələr isə Sosial Xidmətlər Agentliyinə verilib. Bu, sistemin funksiyalar üzrə yenidən bölüşdürülməsi deməkdir".

F.Eyvazov əlavə edib ki, əsas məsələ yeni adlar deyil, yeni iş prinsipidir:

"Məncə, bu fərmanın arxasında çox aydın bir dövlət yanaşması görünür: vətəndaş daha keyfiyyətli xidmət almalıdır, təminat daha yaxşı işləməlidir, proses daha aydın və operativ olmalıdır, dövlətin ayırdığı vəsait isə real nəticəyə çevrilməlidir.

Dövlət onsuz da səhiyyəyə böyük resurs ayırır. Amma məsələ sadəcə pul xərcləmək deyil. Əsas məsələ o pulun nəticəsi olan işə yönəlməsidir. Əgər dövlət vətəndaş üçün vəsait ayırırsa, vətəndaş da bunun qarşılığında daha yaxşı xidmət görməlidir. Mən bu fərmanı məhz bu prizmadan oxuyuram".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
74
axar.az

1Sources