EN

Tehranda hərbi parçalanma – Baş Qərargah "raketlərimiz çoxdur" deyən generaldan imtina etdi

İran Silahlı Qüvvələrinin Baş Qərargahı general İbrahim Cabbarinin "SEPAH ilə heç bir əlaqəsinin olmadığını" bəyan edərək, ölkənin hərbi rəhbərliyində ciddi çatların yarandığını nümayiş etdirib.

Musavat.com xəbər verir ki, hərbi idarənin yaydığı rəsmi bəyanatda "Fars" agentliyinin əvvəlki xəbərləri təkzib edilib və Cabbarinin baş komandanın müşaviri olmadığı vurğulanıb. Müdafiə nazirliyi generalın son vaxtlar, xüsusən də "Al Jazeera" telekanalına verdiyi qalmaqallı müsahibədə səsləndirdiyi fikirləri rədd edərək bildirib ki, o, hazırda SEPAH-da heç bir vəzifə tutmur və artıq bir müddətdir istefadadır. Xatırladaq ki, İbrahim Cabbari sözügedən müsahibəsində ABŞ-ın Hörmüz boğazı üzərində nəzarəti bərpa edə bilməyəcəyini iddia etmiş və İranın anbarlarının raketlər, dronlar və hərbi texnika ilə "aşıb-daşdığını" bəyan etmişdi.

Lakin İsrail və ABŞ-ın sarsıdıcı zərbələri nəticəsində İranın hərbi potensialının 90% azaldığı bir vaxtda, Baş Qərargahın bu cür "pafoslu" çıxış edən generaldan kəskin şəkildə uzaqlaşması rejimin daxilindəki qorxu və xaosun göstəricisi kimi qiymətləndirilir.

Rəsmi Tehran bu addımla həm beynəlxalq koalisiyanı daha da qıcıqlandırmaqdan qaçır, həm də uğursuzluqlara görə məsuliyyəti "istefada olan" şəxslərin üzərinə yıxmağa çalışır.

Musavat.com

Chosen
91
1
musavat.com

2Sources