EN

“Qarabağ” Yevlaxda - CANLI YAYIM

Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.

Sportinfo.az xəbər verir ki, "Qarabağ" "Kəpəz"in qonağı olacaq.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. "Qarabağ" 52 xalla 2-ci pillədə qərarlaşıb. Gəncə təmsilçisi 18 xalla 10-cu sıradadır.

Günün ikinci görüşündə "Neftçi" "İmişli"ni qəbul edəcək. Matç "Palms Sports Arena"da, saat 19:15-də başlayacaq.

Bakı klubu 34 xalla altıncıdır. Bölgə təmsilçisi isə 22 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, "Kəpəz" və "Qarabağ" komandalarının son duelində qərb təmsilçisi qalib gəlib,

"Neftçi" – "İmişli" qarşılaşmasında isə bölgə klubu qələbə qazanıb. Bu mənada favorit komandalar məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" isə "Sumqayıt"ı (3:1) məğlub edib.

15:00. "Kəpəz" – "Qarabağ" 0:0

Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 30. Ruslan Quliyev

"Qarabağ": 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 9. Joni Montiel 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev

VAR: Rauf Cabarov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elman Musayev.

Yevlax şəhər stadionu

19:15. "Neftçi" - "İmişli"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.

VAR: İnqilab Məmmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Palms Sports Arena"

Chosen
48
5
sportinfo.az

6Sources