EN

Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali BaşKomandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsindəaparılan islahatlar uğurla davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, aparılan islahatlar çərçivəsində tibbsahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarındandaha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafınatöhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə iləbağlı yeni konsepsiya tətbiq ediləcək.

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə və “Hərbi vəzifə vəhərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə əsasən, alitibb ixtisaslı çağırışçılar öz arzuları ilə bir il "leytenant"hərbi rütbəsində hərbi həkim olaraq xidmət edəcəklər.
Tibb ixtisaslı gənc əsgərlərə Milli Müdafiə Universitetində (MMU)təşkil ediləcək 30 günlük ilkin hazırlıq kursunda hərbi intizamqaydaları, silahdan istifadə, eləcə də hərbi tibb xidmətində tətbiqolunan sənədləşmə və tibbi qeydiyyat qaydaları tədris ediləcək.

Bundan başqa, zabit vəzifələrində xidmət etdikləri dövrdə hərbihəkimlər aylıq məvaciblə təmin olunmaqla hərbi qulluqçular üçünqanunla nəzərdə tutulmuş bütün hüquqlardan, eləcə də ailə tərkibinəzərə alınmaqla dövlət tərəfindən ödənilən mənzil kirayəsi əvəzinəpul kompensasiyası və digər təminatlardan yararlanacaqlar.

Hərbi həkimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədiləonların sosial təminatı və ərazi prinsipi üzrə xidmət etmələri dənəzərə alınacaq. Bu yanaşma onların yaşayış və məskunlaşmaməsələlərinin daha rahat həllinə imkan yaradacaq.

Müddətli həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra hərbihəkimlər öz seçimlərinə uyğun olaraq kadr zabit kimi xidmətlərinidavam etdirə və yaxud ehtiyata buraxıla bilərlər.

Məqalədə:
Chosen
40
40
az.trend.az

10Sources