EN

Braziliya Prezidenti də dünyaya çağırış etdi:

Braziliya Prezidenti Luis İnasio Lula da Silva beynəlxalq ictimaiyyəti Amerika administrasiyasının digər qitələrə və ölkələrə nəzarət etmək hüququna malik olduğuna inanmasına imkan verməməyə çağırıb.

 

Yerli KİV xəbər verir ki, Braziliya lideri hökumətin YouTube kanalında yayımlanan ictimai çıxışında deyib: "Biz heç kimin dünyaya sahib olduğunu düşünüb Qrenlandiyanı, Panama kanalını, Kubanı və ya Venesuelanı ələ keçirmək barədə danışmasına icazə verə bilmərik. Bu mümkün deyil. Planetimizə müharibə yox, sülh lazımdır!".

 

Dövlət başçısının sözlərinə görə, dünyanın aparıcı ölkələri "xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət etməyi öyrənməlidirlər".

Chosen
51
1
senzor.az

5Sources