EN

Azərbaycanda qanunsuz silah-sursat aşkar edilib

Polis qanunsuz silah-sursat aşkar edib...

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 avtomat silahı, 4 tapança, 2 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 39 patron darağı və 1026 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Poliqon.info
 
 
 

Chosen
74
49
poliqon.info

10Sources