EN

Yüksək xolesterolun gizli səbəbləri açıqlandı

Kardioloq Xose Abelyan qanda xolesterol səviyyəsinin artmasının təkcə qidalanma ilə bağlı olmadığını bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bəzi qeyri-aşkar amillər də bu göstəricinin yüksəlməsinə səbəb ola bilər.

Həkim qeyd edib ki, siqaret çəkmək xolesterolun artmasına gətirib çıxarır. Bundan əlavə, tütün tüstüsü xolesterolu oksidləşdirərək onu daha təhlükəli hala salır və infarktla insult riskini artırır.

O, vurğulayıb ki, xroniki stress də xolesterol səviyyəsinə mənfi təsir göstərir. Uzunmüddətli emosional gərginlik orqanizmdə metabolik dəyişikliklərə səbəb olaraq bu göstəricini yüksəldə bilər.

Mütəxəssis əlavə edib ki, çəki itirmə dövründə xolesterol müvəqqəti olaraq arta bilər. Həmçinin fasiləli oruc da bəzi hallarda bu göstəriciyə təsir edən amillərdən biri hesab olunur.

Həkim bildirir ki, xolesterolu nəzarətdə saxlamaq üçün yalnız qidalanmaya deyil, həyat tərzinin digər vacib amillərinə də diqqət yetirmək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
60
e-saglam.az

1Sources