EN

Ukrayna 90 milyard avro kreditini “hər halda” alacaq Fon der Leyen

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bəyan edib ki, Macarıstanın bloklamasına baxmayaraq, Ukrayna 90 milyard avro kreditini “hər bir halda” alacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə o, Avropa İttifaqı üzv ölkələrinin liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında məlumat verib.

Fon der Lyayen xatırladıb ki, 2025-ci ilin dekabrında Avropa Şurası Ukraynaya 90 milyard avro kredit verməyi qərara alıb və kreditin verilməsi üçün yalnız üç ölkənin iştirak etməməsi şərti qoyulub. Bu şərt yerinə yetirilsə də, kredit hələ Macarıstanın razılığı olmadan bloklanıb.

Avropa Şurasının prezidenti António Kosta bildirib ki, liderlər razılaşmaya əməl etməli və heç kim Avropa institutlarını şantaj edə bilməz. Kosta həmçinin Ukraynanın Rusiyanın dağıtdığı “Drujba” neft kəmərini altı həftə ərzində bərpa etməyə hazır olmasını alqışlayıb. Avropa Komissiyası bu prosesə texniki və maliyyə dəstəyi təqdim etməyə hazırdır.

Ukrayna apreldə Pasxa bayramına qədər kredit hesabına maliyyələşdiriləcək ilk müdafiə paketini alacaq. İlk tranş dronlar, raketlər və sursatların alınması üçün istifadə ediləcək.

Macarıstanın baş naziri Viktor Orbán isə kredit qərarını dəstəkləmir və əvvəlcə “Drujba” neft kəməri vasitəsilə Rusiyadan neft tədarükünün bərpasını tələb edir.

Avropa liderləri Ukraynanın 90 milyard avro kreditini təmin etmək əzmindədir. Kreditin bir hissəsi müdafiə sahəsinə yönələcək, eyni zamanda “Drujba” neft kəmərinin bərpası da diqqətdədir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
104
icma.az

1Sources