EN

Bölgələrdə hotellər bahalaşdı QİYMƏTLƏR

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sabahdan Azərbaycanda Novruz bayramı münasibətilə uzunmüddətli tətil günləri başlayır. Bəs vətəndaşlar istirahət məqsədi ilə daha çox hansı regionlara üz tutur? Hotellərdə və istirahət zonalarında qiymətlər hansı civardadır?

AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, turizm eksperti Rəhman Quliyev açıqlamasında bu il yaxın Şərqdə baş verən müharibə səbəbindən Azərbaycan vətəndaşları və turistlər həmin ölkələrə aviareyslərin təxirə düşməsi səbəbi ilə daha çox yerli bölgələrə üz tutduğunu bildirib:

"Hazırda şimal bölgəsi, eləcə də Şəki, Qax, Zaqatala, Balakən və işğaldan azad olunmuş ərazilər turistlərin ən çox üstünlük verdiyi istiqamətlər sırasındadır. Xüsusilə şimal bölgəsində ümumi bahalaşma müşahidə olunur ki, bu da əsasən artan turist sıxlığı ilə bağlıdır. Hotellərin satış siyasətinə uyğun olaraq, ilk növbədə daha aşağı kateqoriyalı otaqlar - ekonom və standart otaqlar satılır, daha sonra isə suit və superior otaqlar qalır. Bu da nəticə etibarilə daha yüksək qiymətlərin təklif olunmasına səbəb olur".

Ekspert qeyd edib ki, hazırda Quba, Qusar və ümumilikdə şimal bölgəsində 4 ulduzlu hotellərdə gecələmə qiymətləri 120–150 manat arasında dəyişir, bu məbləğə iki nəfərin qalması və səhər yeməyi daxildir:

"5 ulduzlu otellərdə isə qiymətlər 150–250 manat aralığında təklif olunur. Şəki, Qax, Zaqatala və Balakən bölgələrində 4 ulduzlu hotellərdə qiymətlər 80–120 manat, 5 ulduzlu hotellərdə isə 120–200 manat arasında dəyişir. Qarabağ bölgəsində, xüsusilə Laçın, Şuşa və Xankəndi istiqamətlərində 4 ulduzlu hotellərdə qiymətlər 120–150 manat, 5 ulduzlu hotellərdə isə 150–250 manat aralığındadır. Bu qiymətlərə iki nəfərin gecələməsi, səhər yeməyi və eyni zamanda hotelin ərazisində yerləşən əyləncə mərkəzlərindən istifadə də daxildir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
azxeber.com

2Sources