EN

ABŞ qlobal siyasət və iqtisadiyyatda liderliyini davam etdirdikcə, dollar dünya səviyyəsində qəbul olunan əsas valyuta kimi qalacaq

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Amerika Birləşmiş Ştatlarının valyuta ehtiyatının dünya səviyyəsində möhkəm olmasının əsas səbəbi ABŞ-ın kapitalist dünyasının aparıcı ölkəsi olmasıdır. Faktiki olaraq Amerika Birləşmiş Ştatları dünyadakı mövcud kapitalist sisteminin əsasını qoyan ölkədir. Yəni bu, ABŞ-ın təsir dairəsi əsasında formalaşıb və faktiki olaraq ABŞ öz gücünü, yəni maliyyə gücünü bununla göstərir. Bunun ilk mərhələsi XIX əsrdən başlamışdı. XIX əsrdə artıq dünyada meydana gələn sənaye prosesi kapitalizmin daha da möhkəmlənməsinə gətirib çıxardı. Artıq Sovet hakimiyyəti, Sovet sistemi meydana gəldikdən sonra, SSRİ qurulduqdan sonra dünya artıq qütbləşməyə doğru getdi və dünyanın bir hissəsi daha çox kapitalist sistemin nəzarəti altına keçdi. Bu da ABŞ-ı daha da gücləndirirdi”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Zeynal Əmrəliyev açıqlamasında bildirib ki, sonradan İkinci Dünya müharibəsində faşizmin sıradan çıxması, digər ölkələrin ABŞ-dan başqa demək olar ki, dünyanın bütün ölkələrinin bu müharibədə iştirak etməsi və ərazilərində böyük dağıntıların meydana gəlməsi ABŞ-ın daha da güclənməsinə səbəb oldu, çünki ABŞ böyük ölçüdə həmin ölkələrə investisiyalar yatırdı: Bu investisiyaların da nəticəsində, eyni zamanda həmin ölkələr Birləşmiş Ştatlara borclanmağa başladılar. Nəticədə Amerika Birləşmiş Ştatları dünyanın maliyyə sistemini tamamilə ələ keçirdi”.

Zeynal Əmrəliyev

Zeynal Əmrəliyev qeyd edib ki, bu gün əsası qoyulan sistemin özündə artıq kifayət qədər böhranlar var: “Biz artıq həmin çatların meydana gəlməsini görürük. Artıq sanki beynəlxalq münasibətlər sistemi tıxanıb, ancaq hələ də davam edir. Bu sistemin əsası İkinci Dünya müharibəsindən sonra qoyulan bir sistemdir, hansı ki, baxmayaraq ki, müxtəlif soyuq müharibə dövrü olsun, 90-cı illərdə SSRİ-nin dağılması prosesi olsun, sonra İraq müharibəsi, Ərəb baharı hadisələri və indi də İran ətrafında cərəyan edən hadisələr, bütün bunlar sistemin böhranıdır. Ancaq Amerika Birləşmiş Ştatlarının kapitalizm dünyası üzərindəki idarəçiliyi davam edir. Nə qədər ki, ABŞ bu liderliyi və bu idarəçiliyi davam etdirəcək, dollar bütün dünya səviyyəsində qəbul olunan əsas valyuta kimi öz fəaliyyətini davam etdirəcək”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
69
bizimyol.info

1Sources