EN

Dövlət qulluğunda yeni əməkhaqqı modeli dünya təcrübəsində mövcuddur və müsbət nəticələrə yol açır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair MilliPrioritetlər”də qeyd edildiyi kimi, uğurlu sosial-iqtisadi vəsiyasi nailiyyətlər Azərbaycanın qüdrətinin daha da artacağınaəminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdəAzərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasirhəyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinəmalik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycandövləti ölkə əhalisinin rifahının daha da artırılması üçünsosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunuseçib. Sözügedən sənəddə yer alan beş prioritetdən biri dinamik,inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətdir. Əsasçağırışlardan biri budur ki, iqtisadiyyatın davamlı inkişafıgəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirlitəbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formalməşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçünkompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılmasıistiqamətində işlər görülməlidir.

Təbii ki, hər bir çağırış ölkənin dayanıqlı inkişafının təminedilməsinə, Azərbaycanın sosial dövlət kimi qazandığı imicə yeniəlavələrin olunmasına xidmət edir. Bu mühüm məqamı da xüsusi qeydetməliyik ki, hər dövrün çağırışlarının olması öz növbəsindəidarəetmə sistemində təkmilləşməni, kadr hazırlığını və gənclərindövlət idarəçiliyində irəli çəkilməsini bir zərurət kimi qarşıyaqoyur. Bu baxımdan Azərbaycanın islahatlar ölkəsi kimi nüfuzqazanması özündə mühüm məqamları ehtiva edir. Xususi vurğulamaqgərəkdir ki, Azərbaycanda təkmil idarəetmə sisteminin mövcudluğubeynəlxalq səviyyədə təqdir edilir. Bu baxımdan Azərbaycan brendikimi dünyaya səs salan “ASAN xidmət”, DOST layihələrinin uğurluicrasını və bunun nəticəsində vətəndaş məmnunluğunun artırılmasınıxüsusi qeyd etmək istərdik. Ölkəmizdə səfərdə olan bu və ya digərdövlətlərin rəsmilərinin keçirilən görüşlərdə, həmçinin imzalanansənədlərdə Azərbaycanın “ASAN xidmət” təcrübəsindən bəhrələnməyəxüsusi maraq göstərmələri bunu bir daha sübut edir. Dövlətidarəçilik sistemində yeniliklərdən bəhs edərkən ölkəmizdəvitse-prezidentlik institutunun yaradılmasını da xüsusi qeyd edəbilərik. Həmçinin hazırda azad edilmiş ərazilərimizdə müasirçağırışlara uyğun idarəetmə sisteminin yaradılması da Azərbaycandövlətinin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.Ümumiyyətlə, ölkəmizdə işin keyfiyyətinin artırılması,səmərəliliyin təmin edilməsi əsas prioritetlər sırasındadır. Buistiqamətdə atılan addımlar davamlılığı ilə diqqətdədir.Azərbaycanın dövrün çağırışlarına uyğun olaraq islahatlar prosesiniuğurla davam etdirməsi beynəlxalq maliyyə qurumlarınınhesabatlarında liderliyini qorumasını, ən islahatçı ölkə kimimövqeyini möhkəmləndirməsini şərtləndirir.

Bu fikirləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, bu islahatlarındavamı kimi dövlət qulluqçularının əmək haqlarının datəkmilləşdirilməsini və daha rəqabətqabiliyyətli bir sisteminformalaşdırılmasını qeyd edə bilərik:

"Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilikaktları dövlət idarəçiliyində aparılan institusional islahatlarıdavam etdirməyə, dövlət qulluğunda əməkhaqqı sisteminin dahamüasir, təkmil şəkildə qurularaq vahid struktur əsasında optimal,şəffaf və balanslı, sabit və effektiv modelə keçirilməsinə imkanyaradır. Dövlət qulluqçularında əlavələrin ləğv edilməsi və buəlavələrin onların vəzifə maaşlarının baza hissəsinə daxil edilməsiəməkhaqqının vahid strukturunun müəyyən edilməsinə, daha aydın,sabit, ədalətli olmasına imkan yaradır. Maliyyə intizamınıngücləndirilməsi, şəffaflığın təmin edilməsi, hər bir məsələdəictimai nəzarətin gücləndirilməsi dayanıqlı inkişafa hədəflənənaddımlardandır. Mürəkkəb və qeyri-şəffaf əməkhaqqı sistemininsadələşdirilməsi, kollektiv və fərdi mükafatların ləğv edilərəkyeni vahid və nəticəyönümlü əməkhaqqı strukturunun müəyyən olunmasıbeynəlxalq təcrübəyə uyğundur. Azərbaycan hər zaman yeniliyə,təkmilləşməyə xüsusi önəm verir. Beynəlxalq təcrübələrin ölkəmizdətətbiqi də bunun bariz nümunəsidir. Şəffaflığın təmin edilməsi,korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsidövlətimizin həyata keçirdiyi siyasətin əsasistiqamətlərindəndir".

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət qulluğunda əməkhaqqısisteminin yenilənməsi ilə bağlı mühüm dəyişikliklər bu gün ölkəmətbuatında geniş təhlil edilir: "Azərbaycan atdığı bu kimi mühümaddımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Sonillərdə ölkəmizdə 5 sosial paketin icra olunması iqtisadi inkişafıntəkmil sosial siyasətlə tamamlandığını təsdiqləyir. Sözügedəndəyişikliklər “Dövlət qulluğu haqqında” Qanunda öz əksini tapır. Budəyişikliklər idarəetmədə etimadın möhkəmlənməsinə, əməkmünasibətlərində ədalət prinsipinin təmin olunmasına, dövlətqulluqçularının fəaliyyətində nəticəyönümlü yanaşmanın güclənməsinəxidmət edir. Bu dəyişikliklər gənc kadrların dövlət xidmətinə cəlbedilməsinə stimul verəcək. Belə ki, dövlət qulluğuna yeni qəbulolunan şəxslərin maaşının əlavələrə görə aşağı olması gənckadrların özəl sektora yönləndirirdi. Artıq dövlət qulluğu dahacəlbedici olacaq. “Dövlət qulluğu haqqında” Qanunda əksini tapandəyişikliklər yalnız sosial xarakter daşımır, eyni zamanda, dövlətidarəçiliyində səmərəliliyi və şəffaflığı artıracaq. Qeyd etdiyimizkimi, belə əməkhaqqı modeli dünya ölkələrinin təcrübəsindəmövcuddur və müsbət nəticələrə yol açır. Azərbaycanın təcrübəsinəbeynəlxalq aləmdə dəstək, eyni zamanda, bu və ya digər ölkələrdətəcrübədə təsdiqini tapan modelin ölkəmizdə tətbiqi müsbətaddımdır. Təcrübə mübadiləsi daim inkişafa yol açanamillərdəndir".

Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə qeyd edib ki,dövlət qulluğu sahəsində yeni əməkhaqqı modelinə keçid bu sahəyəpeşəkar mütəxəssislərin, habelə gənc, istedadlı və peşəkarkadrların cəlb olunmasının stimullaşdırılmasına, eyni zamanda,dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinəyönəlib.

Chosen
114
9
az.trend.az

9Sources