Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Sosial şəbəkələrdə yayılan görüntü qısa zamanda geniş müzakirələrə səbəb olub.
Milli.Az-ın məlumatına görə, belə ki, toy məclislərindən birində yaşanan gərgin anlar diqqət çəkib. İddialara görə, gəlinə təqdim olunan hədiyyə qutusu ilə bağlı narazılıq yaranıb. Bu səbəbdən gəlin əsəbiləşərək məclisi yarımçıq tərk edib.
Hadisə məclisdə olan qonaqlar tərəfindən lentə alınıb və görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videoda toyda gərgin atmosferin yarandığı və qonaqların gəlinin qərarına təəccüblə reaksiya verdiyi müşahidə olunur.
Qısa zamanda yayılan görüntü istifadəçilər arasında müxtəlif fikirlərə səbəb olub. Bəziləri gəlinin davranışını tənqid edib, digərləri isə hadisənin əsl səbəbi məlum olmadığı üçün qəti fikir bildirməyin doğru olmadığını qeyd ediblər.
Hüseyn
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.