EN

ABŞ bu ölkələrə milyardlarla dollar məbləğində silah SATACAQ

ABŞ BƏƏ, Küveyt və İordaniyaya təxminən 16 milyard dollar dəyərində təcili silah satışını təsdiqləyib.

Milli.Az xəbər verir ki, dövlət katibi Marko Rubio təhlükəsizlik avadanlıqlarının dərhal tədarükünün ABŞ-nin milli təhlükəsizliyinin maraqlarına cavab verdiyini nəzərə alaraq, Konqresin təsdiq prosedurunu keçmək üçün xüsusi fövqəladə səlahiyyətlərdən istifadə edib.

Sazişlərin bir hissəsi olaraq, Küveyt 8 milyard dollar dəyərində müasir hava hücumundan müdafiə radar sistemləri, BƏƏ isə 8,4 milyard dollardan çox məbləğdə dronları ələ keçirmək üçün sistemlər və qırıcı təyyarə sursatı alacaq. Bundan əlavə, İordaniya üçün təyyarə hissələri və texniki xidmət üçün 70,5 milyon dollarlıq müqavilə də təsdiqlənib. /"Report"

Milli.Az

Chosen
25
5
milli.az

6Sources