EN

Ukrayna ilə bağlı sülh danışıqları bərpa olunur – Zelenski tarix açıqladı

Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün sülh danışıqları yaxın günlərdə bərpa olunacaq.

Məlumatı Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna rəsmiləri artıq ABŞ-a yola düşüblər.

Zelenski ABŞ-ın Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün müxtəlif danışıqlar formatlarında işə başlamağa hazır olduqları barədə siqnallarının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi danışıqların mənalı olmasını təmin etmək üçün əlindən gələni edir: “Ukrayna komandası – danışıqlar qrupunun siyasi hissəsi – artıq yola düşüb. Bu şənbə (21 mart – red.) Amerika Birləşmiş Ştatlarında görüş gözləyirik”.

O bildirib ki, danışıqlar prosesini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kiril Budanov və Radadakı “Xalqın Xidmətçisi” fraksiyasının lideri David Araxamia ilə ətraflı müzakirə edib. Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kıslıtsya da görüşlərdə iştirak edəcək: “Bizim prioritetimiz ləyaqətli sülhə nail olmaq üçün mümkün olan hər şeyi etməkdir. Bu işdə kömək edən hər kəsə təşəkkür edirəm”.

Musavat.com

Chosen
23
1
editor.az

7Sources