EN

Azərbaycanın əməkdar artisti VƏFAT ETDİ

 Ajans.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.  Qeyd edək ki, o, hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964-1970-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülüb.  1980-ci ildə R.Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist vəzifəsinə qəbul edilib və 2005-ci ilə kimi orada çalışıb. Teatrda fəaliyyət göstərdiyi illərdə o, bir çox yaddaqalan obrazlar - "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu və Əmiqızı, "Leyli və Məcnun"da Məcnunun anası və s. rollarda çıxış edib.  R.Şirinova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə "Əməkdar artist" fəxri adı ilə təltif olunub.

Chosen
72
15
Ajans.az

10Sources