EN

Messidən yubiley qolu

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” KONKAKAF Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçına çıxıb. Mayami təmsilçisi “Neşvill”lə qarşılaşıb.

İlk oyunda qolsuz heç-heçə qeydə alınmışdı. Cavab görüşündə də qalib müəyyənləşməyib – 1:1. Lakin “Neşvill” səfər qolu qaydasına əsasən mərhələni adlayıb.

“İnter Mayami”nin yeganə qolunun müəllifi Lionel Messi üçün isə bu oyun əlamətdar olub. Belə ki, 38 yaşlı superulduz futbol karyerasında 900-cü qoluna imza atıb.

Chosen
74
1
football-plus.az

2Sources