EN

Opera teatrının solisti, əməkdar artist Raziyyə Şirinova vəfat edib

Əməkdar artist, xanəndə Raziyyə Şirinova 86 yaşında vəfat edib.

Bu barədə APA-ya onun yaxınları məlumat verib.

Qeyd edək ki, Raziyyə Şirinova 1940-cı ildə anadan olub. “Lalə” qızlar ansamblının, 1964–1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildə R. Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilib, 2005-ci ilə kimi teatrda çalışıb. Teatrda çalışdığı illərdə o, “Əsli və Kərəm”də Əsli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda Tutu , Əmi qızı, “Leyli və Məcnun”da Məcnunun anası və s. rollarda çıxış edib.

10 noyabr 2005-ci ildə Azərbaycan Respublikasının mədəni həyatında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə” layiq görülüb. 16 sentyabr 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adı ilə təltif olunub.

AzPost.az

Chosen
57
10
azpost.info

10Sources