EN

Demet Akalın məşhurları ifşa etdi

Türkiyənin məşhur pop ulduzu Demet Akalın son günlər sürətlə arıqlayan məşhurlar haqda sərt açıqlama verib. Akalın sosial mediada “gündə bir dəfə yemək yeyirəm”, “dieta saxlayıram”, “hər gün idman edirəm” deyən məşhurların sirrini açıb. Metbuat.az xəbər verir ki, müğənni cəmiyyəti bu adamlara inanmamağa çağırıb: “Onlar yalan danışır. Bu adamlar idman və dieta ilə arıqlamırlar. Onlar iynə vurdurmaqla artıq çəkidən xilas olurlar”. Akalının sözləri sosial mediada müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri müğənninin son bir ildə 37 kiloqram arıqlayan İşın Karaca ilə 20 kiloqram çəki verən Zaranı nəzərdə tutduğunu vurğulayıblar.

Fanatları cəsarətli mövqeyinə görə müğənniyə təşəkkür ediblər.

Chosen
61
metbuat.az

1Sources