EN

Səhər yeməyi yeməyənlərin diqqətinə: İştahanı idarə etməyin sirri açıqlandı

ain.az bildirir, Oxu.az portalına istinadən.

Səhər yeməyi mütləq olmasa da, gün ərzində enerji səviyyəsinə və iştahya əhəmiyyətli dərəcədə təsir göstərir.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Dariya Xaykina məlumat verib.

Ekspertin sözlərinə görə, müntəzəm səhər yeməyi şirniyyata olan meyli azaldır və bədənin enerji balansını sabitləşdirir.

"Əslində, səhər yeməyini yeməmək olar, lakin insanlar onun faydalarını dərk etdikdə çox vaxt bu vərdişlərinə yenidən baxırlar", - deyə Xaykina qeyd edib.

Həkim, xüsusilə, zülal, sağlam yağlar və mürəkkəb karbohidratlarla zəngin olan balanslaşdırılmış qidalanmanın önəmini vurğulayıb. Onun sözlərinə görə, dolğun səhər yeməyi beyin fəaliyyətini yaxşılaşdırır, insanı uzun müddət tox saxlayır və lazımsız qəlyanaltılardan qaçmağa kömək edir.

Bundan əlavə, səhər qida qəbulu yuxudan sonra qlükoza səviyyəsini bərpa edir ki, bu da birbaşa diqqət və yaddaşın güclənməsinə təsir göstərir. Səhər yeməyi həm də streslə mübarizədə rol oynayır. Həkim bildirib ki, qidanın gecikdirilməsi orqanizmdə kortizol (stres hormonu) səviyyəsini artırır, bu isə narahatlıq hissini gücləndirir. Vaxtında yeyilən yemək isə bədənin sabitləşməsinə və gərginliyin azalmasına şərait yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
oxu.az

1Sources