Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak edəcək.
Milli.Az xÉ™bÉ™r verir ki, bunu Qafqaz MüsÉ™lmanları İdarÉ™sinin (QMİ) sÉ™dri, ÅŸeyxülislam Allahşükür PaÅŸazadÉ™ bu gün TÉ™zÉ™pir mÉ™scidindÉ™ Ramazan bayramının baÅŸa çatması ilÉ™ É™laqÉ™dar qılınan bayram namazından sonra jurnalistlÉ™rÉ™ açıqlamasında bildirib.Â
Bildirib ki, dünən Gürcüstan səfirliyində olub və başsağlığı verib:
"Sabah yox, birisigün isə inşallah dəfn mərasimində iştirak edəcəyəm. Çünki İlya cənabları çox böyük şəxsiyyət idi, Qafqazın ağsaqqalı sayılırdı. O, həm də mənim və Azərbaycanın yaxın dostu idi. Azərbaycanı çox sevirdi. Çox vaxt biz bir yerdə olurduq, bəzi məsələlərdə çiyin-çiyinə dayanırdıq. Hətta elə hallar olub ki, müəyyən mövzularda o, məni müdafiə edib. Xüsusilə Ermənistan məsələsində dəfələrlə mənim yanımda olub. Buna görə də, dünyasını dəyişsə də, ona rəhmət diləyirəm. Çox yaxın dostumu itirdim. Allah ona rəhmət eləsin".
Mina Mikayılova
Milli.Az