EN

Vanuatu sahillərində dağıdıcı zəlzələ baş verdi

Vanuatu sahillərində, Mərcan dənizi akvatoriyasında 6,3 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya Elmlər Akademiyasının (REA) "Vahid Geofizika Xidməti" Federal Tədqiqat Mərkəzinin Altay-Sayan filialına istinadla məlumat yayıb.

Seysmoloqların məlumatına görə, təkanlar Bakı vaxtı ilə saat 6:30-da qeydə alınıb. Onun episentri Vanuatunun tərkibinə daxil olan Tanna adasından təxminən 3 km şərqdə və ölkə paytaxtından 205 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların intensivliyinə görə zəlzələ "dağıdıcı" kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidmətindən verilən məlumata görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Amerikalı mütəxəssislər yeraltı təkanların 6,1 bal gücündə olduğunu iddia edirlər.

Chosen
57
50
publika.az

10Sources