EN

Terrorçuluq baxımından dünyanın ən təhlükəli REGİONU Yaxın Şərq deyil

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Afrikanın Sahel regionu artıq üçüncü ildir ki, beynəlxalq terrorçuluğun episentri olaraq qalır. Dünyada terror aktları nəticəsində həlak olanların təxminən yarısı məhz bu bölgədə qeydə alınır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun (IEP) illik "Qlobal Terrorçuluq İndeksi - 2026" hesabatında qeyd olunub.

Sənəddə bildirilir ki, terrorçuluğun mərkəzi artıq Yaxın Şərq və Şimali Afrikadan, Saxaradan cənubda yerləşən Sahel regionuna keçib. Statistikaya görə, 2007-ci ildən bəri bu bölgədə terror qurbanlarının sayı on dəfə artıb.

Ekspertlərin hesablamalarına əsasən, 2025-ci il ərzində dünyada terror hücumları nəticəsində ümumilikdə 5 582 nəfər həyatını itirib. Bu dəhşətli rəqəmin təxminən 50%-i Saheldə törədilən cinayətlərin payına düşür. Hesabat müəllifləri regionda sabitliyin pozulmasını və silahlı qruplaşmaların fəallaşmasını əsas təhlükə kimi göstərirlər./Oxu.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
bakivaxti.az

2Sources