EN

Makrondan Hörmüz AÇIQLAMASI - İşə başladıq...

Fransa prezidenti Emmanuel Makron Hörmüz boğazında naviqasiya təhlükəsizliyi məsələsinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əlaqələndirilməsi üçün fəaliyyətə başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı Makron Brüsseldə keçirilən Aİ sammitindən sonra keçirilən mətbuat konfransında açıqlayıb:

"Bu günortadan sonra BMT-nin Baş katibinə izah etdim ki, Fransa Hörmüz boğazı ilə bağlı planlarımızı həyata keçirmək üçün BMT daxilində mexanizm yaratmağın mümkünlüyünə dair əsas tərəfdaşların, xüsusən də Təhlükəsizlik Şurasının daimi üzvlərinin reaksiyasını öyrənmək niyyətindədir".

O, həmkarlarını bu təşəbbüs barədə məlumatlandırdığını və Hindistanın Baş naziri Narendra Modi ilə müzakirə etdiyini vurğulayıb: "Beləliklə, ilkin tədbirlərə başladıq və yaxın günlərdə onların uğur şansının olub-olmadığını görəcəyik".

Qeyd edək ki, bundan əvvəl Makron Fransanın Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə hazır olduğunu, lakin ABŞ, İsrail və İran arasında hərbi münaqişə başa çatana qədər onun açılması üçün tədbir görməkdən imtina etdiyini bildirmişdi.

Musavat.com

Chosen
124
3
musavat.com

4Sources