EN

Sumqayıtda avtomobil aşdı - Ölən var

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə "Yaşma bağları" adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü, 1969-cu il təvəllüdlü Davud Fərhad oğlu Bazşıyev ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./Report

Chosen
70
8
bakivaxti.az

10Sources