EN

"NovruzFest II" lənkəranlıları ətrafına topladı

Şəhər icra hakimiyyətinin, regional Mədəniyyət, Təhsil, Gənclər və İdman idarələrinin təşkilatçılığı və tərəfdaşlığı ilə Lənkəranda "NovruzFest II" adlı regional tədbir keçirilib. 

Şəhər rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, regional idarələrin, təşkilat, müəssisə və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri festivalın rəsmi hissəsi Dövlət himninin səslənməsi  və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirələrinin yad olunması ilə başlayıb.

Bayram tonqalını ŞİH-in başçısı Taleh Qaraşov alovlandırıb. Sonra şəhid övladları sülh rəmzi olan göyərçinləri havaya buraxıblar. Festival çərçivəsində milli oyunlar, musiqilər, xalq rəqsləri, müxtəlif idman növləri üzrə idmançıların çıxışları, folklor nümunələri, eləcə də gənclərin hazırladıqları yaradıcı təqdimatlar, Lənkəranda fəaliyyət göstərən sahibkarların istehsal etdikləri məhsullar nümayiş etdirilib. Bunlardan başqa, milli-mənəvi dəyərlərimizin təbliği, Novruz adət-ənənələrinin yaşadılması və gənclər arasında birlik və həmrəyliyin gücləndirilməsi üçün keçirilən festivalda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabaddan olan gənclər, idmançılar, mədəniyyət nümayəndələri tərəfindən Bahar bayramının qədim adət-ənənələrini əks etdirən müxtəlif proqramlar təqdim olunub. 

Seyran CAVADOV,

 "Azərbaycan"

Chosen
41
1
azerbaijan-news.az

3Sources