EN

Bundesliqanın 19 yaşlı futbolçusu İngiltərə klublarının diqqətini cəlb edib

Bakı. Trend:

Said El Mala İngiltərə klublarının diqqətini cəlb edib.

Trend "SkySport Deutschland"a istinadən xəbər verir ki, "Köln"ün ən yaxşıbombardiri ilə "Çelsi" və "Nyukasl" maraqlanır. Lakin 19 yaşlıfutbolçunu transfer etmək istəyənlər arasında ən israrlı olan"Brayton"dur, klub artıq 4 təklif göndərib.

Bundan əlavə, hücumçuya Səudiyyə Ərəbistanı klubları daiddialıdır.

"Köln" bu maraqdan faydalanaraq futbolçu üçün ən azı 40 milyonavro qazanmağı planlaşdırır.

Qeyd edək ki, cari mövsümdə Said El Mala Bundesliqada 26 oyunda9 qol vurub.

Chosen
45
2
az.trend.az

4Sources