Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.
Küveyt ordusu son 24 saat ərzində İrandan Küveytə 18 PUA hücumu edildiyini açıqladı.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada bildirilir ki, 13 PUA məhv edilib, 2 PUA isə Küveyt Milli Neft Şirkətinin iki əməliyyat bölməsini hədəf alaraq kiçik yanğınlara səbəb olub.
Yanğınlar nəzarət altına alınıb və heç bir itki qeydə alınmayıb.
Digər 3 PUA isə "təhdid zonası"nın xaricində qəzaya uğrayıb.
Firudin Səfərli
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.