EN

Epşteynlə bağlı elə faktlar ortaya çıxdı ki... Rusiya FTX si ilə əlaqəsi olub?

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Amerikalı maliyyəçi Ceffri Epşteynin 2015-ci ildə öz yaxın köməkçilərindən biri olan Svetlana Pojidayevanın ailəsinə təxminən 250 min dollara yaxın vəsait köçürdüyü məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Newsground” nəşrinin araşdırmasında bildirilib.

Sənədlərə əsasən, vəsait Epşteynin nəzarətində olan “Butterfly Trust” şirkəti vasitəsilə Moskvadakı bank hesabına göndərilib. 2015-ci ilin martına aid bank çıxarışında köçürmənin 237 270 dollar təşkil etdiyi qeyd olunur.

Bundan əlavə, Epşteyn köməkçisinə aylıq ödənişlər də edib. Belə ki, 2015-ci ilin sentyabrından 2019-cu ilin iyununa qədər Svetlana Pojidayeva ümumilikdə 380 min dollar alıb.

Araşdırmada qeyd olunur ki, Epşteyn təkcə köməkçisinə deyil, onun ailə üzvlərinə də yardım göstərib. O, Pojidayevanın valideynlərinin ABŞ-a səfəri zamanı onları Nyu-York və Floridadakı evlərində yerləşdirib.

Eyni zamanda, Pojidayevanın atası Yuri Pojidayevın keçmişdə Rusiya xüsusi xidmət orqanları ilə bağlı olduğu iddia edilir. Bu barədə həm ailə üzvlərinin yazışmalarında, həm də digər şəxslərin məktublarında qeydlər yer alıb.

Epşteynin ölümündən təxminən yarım il sonra Svetlana Pojidayeva ad və soyadını dəyişib. 2020-ci ilin yanvarında o, ABŞ-dan Rusiyaya qayıdıb və qısa müddətdə yeni pasport alıb. Məlumatlara görə, o, 2022-ci ilin əvvəlində yenidən Rusiyada olub, daha sonra isə Dohaya yollanıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
globalinfo.az

1Sources