ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Süni intellekt əmək bazarında böyük dəyişikliklərə səbəb olur. “OpenAI” şirkətinin rəhbəri Sem Altman bildirib ki, yaxın illər insanlar üçün məyusedici proseslərlə və “ağrılı adaptasiya” mərhələsi ilə yadda qalacaq.
Reyting.az xəbər verir ki, amerikalı iş adamı BlackRock-un infrastruktur sammitində çıxışı zamanı qeyd edib ki, yaxın gələcəkdə iqtisadi sahələrdəki tapşırıqların 30-40 faizini süni intellekt yerinə yetirəcək. S. Altmanın fikrincə, hətta icraçı direktorların və şirkət rəhbərlərinin fəaliyyəti belə süni intellektdən asılı vəziyyətə düşə bilər.

Sem Altman
Amerikalı milyarder əlavə edib ki, artıq yeni nəsil startaplar “işçisiz” şirkətlər qurmağa iddialıdır. Çünki əsas məqsəd kapitalı insan əməyindən çox, hesablamaların gücünə əsaslanaraq yönəltməkdir.
Bu arada məlum olub ki, baş ofisi Sidneydə yerləşən və təsisçiləri Skott Farquhar və Mik Kannon-Brokes olan “Atlassian” şirkəti 1600 əməkdaşını ixtisar edərək resurslarını süni intellekt sahəsinə yönəldib.
Altman qeyd edib ki, şirkətlərin əsas hədəfi süni intellekti elektrik və ya su kimi universal xidmətə çevirməkdir. Bu halda süni intellekt kütləvi işsizliyə təkan verə bilər.
O bildirib ki, bu proses real problemlərə yol aça bilər. Buna görə də iş adamları və şirkətlər ləngimədən “insanlar nə edəcək?” sualı üzərində ciddi düşünməlidir.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.