EN

Netanyahu İrana qarşı əməliyyatın müddətindən danışdı

İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat “lazım olduğu qədər” davam edəcək.

Publika.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu mətbuat konfransında bildirib.

Netanyahu çıxışı zamanı hərbi kampaniyanın üç əsas məqsədini açıqlayıb: İranın nüvə proqramının məhv edilməsi, raket potensialının tamamilə aradan qaldırılması və İran xalqının azadlıq qazanması üçün şərait yaradılması.

Chosen
92
publika.az

1Sources