EN

Maduro ABŞ məhkəməsindəki işinə xitam verilməsini yenidən tələb edib

Maduro ABŞ məhkəməsindəki işinə xitam verilməsini yenidən tələb edib

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores vəkil seçmək hüquqlarının pozulması səbəbindən ABŞ məhkəməsindən onlara qarşı irəli sürülən ittihamların götürülməsini xahiş ediblər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə vəkil Barri Pollak tərəfindən göndərilən vəsatətdə qeyd olunur. Məlumata görə, vəkilin xidmət haqlarının Venesuela hökuməti tərəfindən ödənilməsi ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən bloklanır.

Vəsatətdə bildirilir ki, Birləşmiş Ştatlar hakimiyyəti Venesuelanın Maduro və həyat yoldaşı üçün vəkil pulunu ödəmək hüququna etiraz etməsə də, onlara yalnız dövlət tərəfindən müdafiəçi təyin olunmasını təklif edir. Sənəddə bu yanaşmanın qəbulolunmazlığı və vəkil hüququnu zəmanət altına alan ABŞ Konstitusiyasının altıncı düzəlişini pozduğu vurğulanır. Nyu-York ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsinin elektron bazasında dərc olunan sənəddə deyilir: "Yuxarıda göstərilən səbəblərə görə Maduro və Flores məhkəmədən onlara qarşı ittihamların rədd edilməsini xahiş edirlər. Alternativ olaraq isə bu vəsatət üzrə məhkəmə iclasının keçirilməsini tələb edirlər".

Qeyd edək ki, fevralın sonunda Maduro prosessual pozuntularla əlaqədar ABŞ-da ona qarşı açılan məhkəmə işinin dayandırılmasını tələb etmişdi. Venesuela lideri o vaxt vurğulamışdı ki, ölkə hökuməti onun hüquqi müdafiəsini maliyyələşdirməyə hazırdır, lakin Vaşinqton buna mane olur.

Chosen
111
afn.az

1Sources