Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, qəza Bakı-Quba magistral avtomobil yolunun Sumqayıt şəhəri ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 2004-cü il təvəllüdlü Eltac Davudovun idarə etdiyi “Chevrolet Cobalt” markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.
Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Aliyə
NOCOMMENT.az