EN

İranda Bərdsir və Bəft şəhərlərində çoxsaylı partlayışlar baş verib

BAKI, 20 mart. TELEQRAF

İranın Kirman vilayətində yerləşən Bərdsir və Bəft şəhərləri yeni hücumlara məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Bildirilir ki, ölkənin cənub-şərqində yerləşən Kirman vilayətində çoxsaylı partlayışlar qeydə alınıb. Partlayışlar əsasən Bərdsir və Bəft şəhərlərində baş verib.

Vilayət administrasiyasının nümayəndəsi bildirib ki, hücumlar nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat daxil olmayıb.

Chosen
56
teleqraf.com

1Sources