EN

Bakıda yanğınların sayı niyə artır? - VİDEO

Yaşayış binalarında yanğınların sayı günü-gündən artır. Bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda baş verən hadisə yanğın səbəblərini yenidən gündəmə gətirib. İddialar arasında elektrik enerjisindən düzgün istifadə olunmamaqla yanaşı, binalararası məsafənin qorunmaması, nəqliyyat vasitələrinin əraziyə daxil olmaqda çətinlik çəkməsi də var.

"Yeni Sabah" xəbər verir ki bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Dövlət Yanğından Mühafizə Xidmətinin maşın və texnikalarının əraziyə girməkdə problem yaşaması ayrıca narahatlıq yaradır.

Bəs yanğının baş verməməsi və ya hadisənin vaxtında qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirləri gözlənilməlidir?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev məsələyə belə aydınlıq gətirib:

"Nəzərə almaq lazımdır ki, yanğınsöndürən maşınlar iriqabaritli maşınlardır. Onların binanın həyətində hərəkətinə mane olacaq, keçid yollarının üzərində heç bir maneə olmamalıdır. Ehtiyat su çəninə yaxınlaşmaq üçün yollar açıq olmalıdır. İlkin yanğınsöndürmə vasitələri və yanğın xəbərdaredici siqnalizasiya vasitələri - bunların hər biri işlək vəziyyətdə olmalıdır".


Telegram kanalımız
Chosen
75
yenisabah.az

1Sources