Neftçala, 20 mart, AZƏRTAC
Neftçala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında Neftçala rayonu Kürqarabucaq kəndi ərazisində qeydə alınan yol qəzası zamanı ağır xəsarətlər alan 56 yaşlı S.Məmmədova ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə