EN

Qazancı 60 milyonu ötdü

Dünya reytinqində ikinci pillədə qərarlaşan italiyalı tennisçi Yannik Sinner İndian-Uelsdə Masters turnirində qələbə qazanaraq karyerası ərzində 60 milyon dollar mükafat məbləğini aşaraq tennis tarixində səkkizinci göstəriciyə imza atıb.

Publika.az xəbər verir ki, İndian-Uels turnirinə start verilməzdən əvvəl Sinnerin mükafat qazancı 57544,926 dollar təşkil edirdi. Qələbə ilə o, 1151380 dollar mükafat əldə edib, əlavə olaraq turnir zamanı ATP gəlir paylaşımı proqramı çərçivəsində əlavə ödənişlər də alıb. Beləliklə, italiyalının ümumi mükafat məbləği 60,039,831 dollara çatıb.

Onun əsas rəqibi, ispaniyalı Karlos Alkaras isə 64,274,163 dollarla bir qədər irəlidədir.

Tarixdə AТР və WTA-nın ən çox mükafat qazanan top-10 oyunçuları:

Chosen
53
2
publika.az

5Sources