EN

Epşteyn FTX əməkdaşının ailəsinə yüz minlərlə dollar köçürüb – ŞOK GİZLİNLƏR BİLİNDİ

Amerikalı maliyyəçi Ceffri Epşteyn 20 isə 15-ci ildə ən yaxın köməkçisi Svetlana Pojidayevanın ailəsi üçün Moskva bankındakı hesaba təxminən 250 min dollar vəsait köçürüb. “The Newsground” nəşrinin məlumatına görə, Pojidayevanın atasının FTX (FSB) əməkdaşı olduğu ortaya çıxıb. Epşteynin mühasibi tərəfindən yazılan məktubda “Butterfly Trust” şirkətinin hesabından Moskvadakı “Raiffeisenbank” hesabına “Svetanın ailəsi üçün” köçürmə edildiyi qeyd olunub.

NOCOMMENT.az xəbər verir ki, Pojidayevanın atası Yuri ehtiyatda olan polkovnik-leytenantdır və vaxtilə hərbi tərcüməçilər, eləcə də kəşfiyyatçılar hazırlayan Hərbi Xarici Dillər İnstitutunun məzunudur. Epşteynin arxivindəki məktublarda Pojidayeva atasının FTX-dəki xidmətindən bəhs edib. Valideynlərinin 2015-ci ildə ABŞ-a səfəri zamanı isə atası investorla şam yeməyində öz “keçmiş xidmət xatirələrini” bölüşüb. Yuri Pojidayev Əfqanıstanda xidmət edib, daha sonra isə Rusiyanın “Rostex” strukturlarında və Energetika Nazirliyinin nəzarətindəki “Caspian Service” şirkətində çalışıb.

Maliyyə yardımından başqa, Epşteyn Pojidayevanın ailəsini ABŞ-da mənzillə təmin edib və onun qardaşı Sergeyə müxtəlif köməklik göstərib. Həmçinin köməkçinin anası İrinanın maliyyəçi üçün yeni qızların tapılmasında iştirak etdiyi bildirilir. Epşteynin ölümündən sonra Pojidayeva adını və soyadını dəyişərək Rusiyada yeni pasport alıb. Hazırda onun adına Moskvanın mərkəzində mənzil rəsmiləşdirildiyi də məlumatlar arasındadır.

Sara,
NOCOMMENT.az

Chosen
59
nocomment.az

1Sources